Məhəmməd Salahın bərpa müddəti 3 həftə çəkəcək

Məhəmməd Salahın bərpa müddəti 3 həftə çəkəcək Futbolçuya kürək nahiyəsində bağların qırılması diaqnozu qoyulub
Futbol
28 May , 2018 08:28
Məhəmməd Salahın bərpa müddəti 3 həftə çəkəcək

Bakı. 28 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında "Real"a qarşı oyunda aldığı zədəyə görə 3 həftə müddətinə sıradan çıxıb.

“Report” xəbər verir ki, tibbi müayinə zamanı futbolçuya kürək nahiyəsində bağların qırılması diaqnozu qoyulub.

Onun müalicəsi 3 həftə çəkəcək. Belə olan halda, Salah Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edə biləcək. Onun qrup mərhələsində Uruqvaya qarşı keçiriləcək ilk oyunu buraxacağı gözlənilir.

Futbol üzrə Dünya çempionatı iyun ayının 14-də Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.

Son xəbərlər

Orphus sistemi