Mbappe rəsmən PSJ-yə transfer olunub

Mbappe rəsmən PSJ-yə transfer olunub Paris klubu forvardı 2018-ci ilə qədər icarəyə götürüb
Futbol
31 Avqust , 2017 21:42
Mbappe rəsmən PSJ-yə transfer olunub

Bakı. 31 avqust. REPORT.AZ/ PSJ hücumçu Kilian Mbappenin "Monako"dan keçidini rəsmən elan edib.

"Report" xəbər verir ki, Paris klubu 18 yaşlı forvardı 30 iyun 2018-ci il tarixinə qədər icarəyə götürüb.

Müddət başa çatdıqdan sonra PSJ oyunçunu almalı olacaq. Müqavilə 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi