Mbappe Avro-2020 seçmə mərhələsində Fransa yığmasının heyətində oynamayacaq

Mbappe Avro-2020 seçmə mərhələsində Fransa yığmasının heyətində oynamayacaq Pari Sen-Jermen futbol klubunun və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2020 seçmə mərhələsində İslandiya və Türkiyə komandalarına qarşı oyunda iştirak etməyəcək.
Futbol
9 Oktyabr , 2019 05:58
Mbappe Avro-2020 seçmə mərhələsində Fransa yığmasının heyətində oynamayacaq
Kilian Mbappe

"Pari Sen-Jermen" futbol klubunun və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2020 seçmə mərhələsində İslandiya və Türkiyə komandalarına qarşı oyunda iştirak etməyəcək.

Bu barədə "Report" "L`Equipe"yə istinadən xəbər verir.

Qeyd edilir ki, 20 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qalatasaray"a qarşı oyunda diz zədəsini ağırlaşdırıb.

Hazırkı dünya çempionunun baş məşqçisi Didye Deşam futbolçunun sağlamlığına risk etməməyi qərara alıb. Qeyd edilir ki, oyunçu yığma komandanı tərk edib. 

Fransa yığmasının heyətində Mbappeni Alassan Plea əvəzləyəcək. O, hazırda "Borussiya"nın heyətində çıxış edir. 

Son xəbərlər

Orphus sistemi