Yuxarı

​Matç zamanı iki futbolçu toqquşaraq xəstəxanalıq olub

Hadisə hava mübarizəsi şəraitində baş verib

Bakı. 12 may. REPORT.AZ/ İngiltərənin futbol üzrə 2-ci liqasında xoşagəlməz hadisə yaşanıb. "Report"un məlumatına görə, "Stivenic" və "Sauthend Yunayted" komandalarının qarşılaşmasında futbolçular toqquşma zamanı xəsarət alıb.

Bira Dembele və Maykl Timlinin top uğrunda hava mübarizəsi zamanı toqquşması hər iki futbolçunun xəstəxanalıq olması ilə nəticələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi