Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycan millisi ilə oyunda belə səhvə yol verməyəcəyik"

Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycan millisi ilə oyunda belə səhvə yol verməyəcəyik" Bakı. 20 dekabr. REPORT.AZ/ “Adətən, Azərbaycan yığmasının zəif oyun tendensiyası müşahidə olunur. Amma onlar istənilən rəqibə xoş olmayan sürpriz edə bilərlər”.
Futbol
20 Dekabr , 2018 12:11
Macarıstan yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyunda belə səhvə yol verməyəcəyik
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ “Adətən, Azərbaycan yığmasının zəif oyun tendensiyası müşahidə olunur. Amma onlar istənilən rəqibə xoş olmayan sürpriz edə bilərlər”.

“Report”un məlumatına görə, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Macarıstan yığmasının baş məşqçisi Marko Rossi “Nemzeti Sport”a müsahibəsində deyib. 54 yaşlı mütəxəssis bildirib ki, bu komandaya lazımı diqqət ayırmayanlar problem yaşaya bilərlər: “Zəmanət verəcəyim tək şey bizim belə səhvə yol verməyəcəyimizdir”.

M.Rossi püşkatma zamanı rəqib baş məşqçilərlə görüşləri ilə bağlı təəssüratlarını da bölüşüb: “Slovakiyanın baş məşqçisi Pavel Hapalla görüşdüm. Həmçinin Uelsə rəhbərlik edən Rayan Giqqz məndə yığmamıza görə o qədər də narahatlıq keçirmədiyi təəssüratı yaratdı. Lakin o, Macarıstan millisini tanımır. Hərçənd, yanıla da bilərəm. Xorvatiyanın baş məşqçisinin əhvalı yaxşı idi. O, püşkdən razı qaldığını hiss etdirirdi”.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi