Yuxarı

​"Maribor" klubunun baş məşqçisi: "Qəbələ"nin yüksək keyfiyyətli futbolçuları var"

Darko Milaniç Qəbələ ilə keçiriləcək oyundan əvvəl mətbuat konfransı keçirib

Bakı. 17 avqust. REPORT.AZ/ "Məqsədimiz vətənə sərfəli nəticə ilə dönməkdir. Əvvəlcədən nəsə demək çətindir. Ən azından bir səfər qolu vurmaq yaxşı olar".

"Report"un məlumatına görə, bunu Sloveniyanın "Maribor" klubunun 48 yaşlı baş məşqçisi Darko Milaniç Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə keçiriləcək oyundan əvvəl baş tutan mətbuat konfransında deyib.

O, sabah baş tutacaq oyun haqqında fikirlərini bildirib: "Rəqibi tanıyırıq. Onlar bu mərhələyə təsadüf nəticəsində gəlməyiblər. Hansı rəqibin düşməsi səndən asılı deyil və hamısına iddialı hazırlaşmaq lazımdır. Çalışıb nəticə əldə etməliyik və inanıram ki, biz bunu bacaracağıq. Heyətimizdə zədəli futbolçu yoxdur. Sadəcə bir futbolçumuz sarı vərəqə limitini doldurduğu üçün sabah meydana çıxmayacaq".

Sloveniyalı mütəxəssis "Qəbələ"nin heyətində güclü futbolçuların olduğunu söyləyib: "İdman direktorumuz Luka Zahoviç Azərbaycan çempionatında "Qəbələ"nin bir oyununu izləyib. Heyətdə yüsək qədər keyfiyyətli futbolçular var. İki yerli futbolçu isə daimi startda yer alır. Ancaq biz əsasən hücum xəttini zərərsizləşdirməliyik. O demək deyil ki, ancaq müdafiəni düşünməliyik. Ümumilikdə komanda üzərində fikrimizi cəmləşdirəcəyik. Strategiyamızı müəyyən etməliyik. Oyunun gedişatından asılı olaraq oyun müəyyən oyun şəklinə üstünlük verəcəyik. Biz hücum oynamağı sevən komandayıq".

Xatırladaq ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi