Yuxarı

Marek Hamşik: "Azərbaycanla matçda erkən qol vurmalı olduğumuzu bilirdik"

Marek Hamşik: "Azərbaycanla matçda erkən qol vurmalı olduğumuzu bilirdik"

“Matçın çətin keçəcəyini və erkən qol vurmalı olduğumuzu bilirdik. Biz hər oyunda 5:0 hesabı ilə qalib gələ biləcək komanda deyilik”.

“Report” xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Marek Hamşik Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin son seçmə oyunundan sonra söyləyib.

Hesabın 19-cu dəqiqədə açıldığı görüşün 86-cı dəqiqəsində sonuncu qolu vuran 32 yaşlı yarımmüdafiəçi ilk yarıda daha yaxşı oynadıqlarını bildirib: “Təəssüf ki, daha öncə Uelsi məğlub edə bilmədik. Əks halda Avropa çempionatına vəsiqə qazanardıq”.

Qeyd edək ki, Azərbaycan 1 xalla sonuncu yeri tutduğu E qrupunda Xorvatiya və Uels kollektivləri Avropa çempionatına vəsiqə qazanıblar. Slovakiya və Macarıstan yığmaları isə AVRO-2020-yə düşmək üçün pley-off mərhələsinə qatılacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi