Yuxarı
    Bağlamaq

    Maradonanın əllə vurduğu qolu görməyən hakim dünyasını dəyişib - FOTO - VİDEO

    Bolqarıstanlı laynsman 80 yaşında vəfat edib

    Bakı. 2 iyun. REPORT.AZ/ 1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyən bolqarıstanlı keçmiş yan xətt hakimi Boqdan Doçev vəfat edib. "Report"un məlumatına görə, Doçev 80 yaşında ikən dünyasını dəyişib.

    Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona yumruğu ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Oyunsonrası mətbuat konfransında əfsanəvi futbolçu topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib.

    Doçev isə Allahın əli barədə danışmağı sevmədiyini və bütün şayiə, söz-söhbətlərə rəğmən, hər zaman təmiz olduğunu söyləyib: "Bu epizod həyatımı darmadağın etdi. Məni daim ittiham edirlər. Amma heç bir günahım yox idi".

    Qeyd edək ki, Boqdan Doçev 1970 - 1986-cı illərdə hakim olub. Dieqo Maradonanın qol epizodu ilə əlaqədar insident üzündən o, karyerasını başa vurmalı olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi