​"Mançester Yunayted" ispan qapıçı ilə müqavilə imzalayıb

​"Mançester Yunayted" ispan qapıçı ilə müqavilə imzalayıb Valdeslə müqavilə bir il yarım müddətinə nəzərdə tutulub
Futbol
9 Yanvar , 2015 04:15
​Mançester Yunayted ispan qapıçı ilə müqavilə imzalayıb
Bakı. 9 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu ispan qapıçı Viktor Valdeslə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniya yığmasının 32 yaşlı keçmiş qapıçısı ilə müqavilə bir il yarım müddətinə, 2015/16-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Valdes ingilis klubunda 32 nömrəli futbolkada çıxış edəcək.

Futbolçu bütün karyerası boyu "Barselona"da oynayıb. O, 2014-cü ilin yayından azad agent statusu qazanıb.

Son xəbərlər

Orphus sistemi