"Mançester Yunayted" Şvaynştayqeri satmağa hazırlaşır

"Mançester Yunayted" Şvaynştayqeri satmağa hazırlaşır O, Joze Mourinyonun planlarına daxil deyil
Futbol
1 Noyabr , 2016 02:25
Mançester Yunayted Şvaynştayqeri satmağa hazırlaşır

Bakı. 1 noyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu qış transfer pəncərəsində alman yarımmüdafiəçi Bastian Şvaynştayqeri satmağa hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.

Alman futbolçu oktyabrın 31-də bu mövsüm ilk dəfə olaraq "manikunyanlar"ın əsas komandası ilə məşq edib. O, mövsüm başlamazdan əvvəl klubun baş məşqçisi Joze Mourinyo tərəfindən məşqlərdən kənarlaşdırılmışdı. Xavbek bütün bu müddət ərzində fərdi proqram üzrə və klubun ikinci komandası ilə məşq edib.

Mənbənin məlumatına görə, Şvaynştayqerin əsas komandaya qayıtmasına baxmayaraq, o, Mourinyonun planlarına daxil deyil və çox güman ki, qışda satılacaq. Otuz iki yaşlı futbolçunun karyerasını davam etdirmək variantlarından biri kimi MLS liqası göstərilir ki, orada da transfer pəncərəsi dekabrın 11-də açılacaq.

Son xəbərlər

Orphus sistemi