“Mançester Yunayted” klubunun üç futbolçusu Avropa Liqasının ən yaxşı oyunçusu adına namizəd göstərilib

“Mançester Yunayted” klubunun üç futbolçusu Avropa Liqasının ən yaxşı oyunçusu adına namizəd göstərilib Bunlar yarımmüdafiəçilər Pol Poqba ilə Henrix Mxitaryan və hücumçu Zlatan İbrahimoviçdir
Futbol
4 Avqust , 2017 13:54
“Mançester Yunayted” klubunun üç futbolçusu Avropa Liqasının ən yaxşı oyunçusu adına namizəd göstərilib

Bakı. 4 avqust. REPORT.AZ/ UEFA futbol üzrə 2016/2017 mövsümündə Avropa Liqasının ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il yarışın qalibi olan İngiltərə təmsilçisi “Mançester Yunayted”in 3 futbolçusu ən yaxşı olmağa iddia edəcəklər.

Bunlar yarımmüdafiəçilər Pol Poqba ilə Henrix Mxitaryan və hücumçu Zlatan İbrahimoviçdir.

“Mançester Yunayted” Avropa Liqasının finalında Hollandiya “Ayaks”ını 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ən yaxşı oyunçunun adı avqustun 25-də Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi