Yuxarı

"Mançester Yunayted" klubu ölüm ayağında olan azarkeşi ziyarət edib - FOTO

Futbolçular getdikdən 45 dəqiqə sonra 73 yaşlı fanat ölüb

Bakı. 15 sentyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları komandanın ölümcül xəstə fanatının son istəyini yerinə yetiriblər. 

"Report"un məlumatına görə, Markus Raşford, Cessi Linqard, Eşli Yanq və Timoti Fosu-Mensa ömrünün son saatlarını yaşayan xəstə azarkeşi ziyarət ediblər.

73 yaşında xərçəng xəstəliyindən əziyyət çəkən Paddi Loulerə bu sürprizisi onun nəvəsi hazırlayıb. 27 yaşlı Kayla Louler bunları bildirib: "Mən ondan ölümündən əvvəlki arzusunu soruşdum. O, isə mənə sevimli komandası olan "Mançester Yunayted"in futbolçuları ilə görüşmək istədiyini dedi. Sosial şəbəkə vasitəsilə kluba müraciət etdik. Futbolçular isə yarım saata gəlib azarkeşi gördülər, onunla şəkil çəkdirdilər və avtoqraf verdilər, ölüm ayağında olan babama baş çəkdilər. Bu, olduqca fədakar bir addım idi".

Futbolçular ölüm ayağında olan Paddi Loulerin evini tərk etdikdən 45 dəqiqə sonra xəstə azarkeş dünyasını dəyişib. O, 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi