Yuxarı

"Mançester Yunayted"in yeni kapitanı məlum olub

​"Mançester Yunayted"in yeni kapitanı məlum olub

Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı olub.

"Report" "Manchester Evening News" nəşrinə istinadən xəbər verir ki, ötən mövsüm komandanın kapitan sarğısını ekvadorlu müdafiəçi Antonio Valensiya daşıyıb, lakin mövsümün sonunda onun klubla müqaviləsi başa çatıb və futbolçu komandanı tərk edib.

"Yanq komandanın yeni kapitanıdır. Start heyətində meydana çıxdıqda, kapitan sarğısı onda olacaq", - deyə klubun baş məşqçisi Ule Qunnar Sulşer bildirib.

Vitse-kapitan isə 28 yaşlı ispan qapıçı David de Xea olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi