“Mançester Yunayted”in sabiq futbolçusunda xərçəng aşkarlanıb

“Mançester Yunayted”in sabiq futbolçusunda xərçəng aşkarlanıb Liam Miller mədəaltı vəzi xərçəngindən əziyyət çəkir
Futbol
13 Noyabr , 2017 15:53
“Mançester Yunayted”in sabiq futbolçusunda xərçəng aşkarlanıb

Bakı. 13 noyabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının sabiq futbolçusu Liam Millerdə ağır xəstəlik aşkarlanıb.

“Report” xəbər verir ki, 36 yaşlı irlandiyalı yarımmüdafiəçinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi məlum olub.

Artıq bir sıra klub və futbolçular sosial şəbəkə vasitəsilə Millerə dəstəklərini nümayiş etdiriblər. “Mançester Yunayted”in rəsmi “Twitter” hesabında da üzücü xəbərlə bağlı paylaşım edilib. İngiltərə təmsilçisi bəyan edib ki, klub olaraq hazırda ABŞ-da müalicə alan futbolçunun və onun ailəsinin yanındadırlar.

Qeyd edək ki, Şotlandiyanın “Seltik” komandasının yetirməsi olan Liam Miller karyerası ərzində “Mançester Yunayted”lə yanaşı, İngiltərənin “Lids”, “Sanderlend”, KPR, Avstraliyanın "Pert Qlori", "Brisben Roar", "Melburn Siti", eləcə də İrlandiyanın “Kork Siti”, Danimarkanın “Orxus” və ABŞ-ın “Uilminqton” komandalarının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi