"Mançester Yunayted"in futbolçuları rəhbərlikdən baş məşqçini istefaya göndərməməyi xahiş ediblər

"Mançester Yunayted"in futbolçuları rəhbərlikdən baş məşqçini istefaya göndərməməyi xahiş ediblər İngiltərənin Mançester Yunayted klubunun futbolçuları rəhbərlikdən Ule Qunnar Sulşeri baş məşqçi postundan istefaya göndərməməyi xahiş ediblər.
Futbol
7 Dekabr , 2019 17:06
Mançester Yunaytedin futbolçuları rəhbərlikdən baş məşqçini istefaya göndərməməyi xahiş ediblər

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları rəhbərlikdən Ule Qunnar Sulşeri baş məşqçi postundan istefaya göndərməməyi xahiş ediblər.

"Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə söhbət "qırmızı şeytanlar"ın "Tottenhem" üzərində 2:1 hesablı qələbə qazandıqları XV tur matçından öncə aparılıb. Onlar norveçli mütəxəssisin klubu irəli aparmaq üçün ən münasib baş məşqçi olduğunu bildiriblər.

Qeyd edək ki, Ule Qunnar Sulşer "Mançester Yunayted"ə 2018-ci ilin dekabrında baş məşqçi təyin olunub. Cari mövsümdə bu komanda 15 oyundan 21 xalla 6-cı yerdə gedir. Bu gün "qırmızı şeytanlar" "Mançester Siti"nin qonağı olacaqlar. 

Son xəbərlər

Orphus sistemi