"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun qalibi olub - VİDEO

"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun qalibi olub - VİDEO "Mankunyanlar"ın qələbə qolunu 87-ci dəqiqədə İbrahimoviç vurub
Futbol
26 Fevral , 2017 23:59
Mançester Yunayted İngiltərə Liqa Kubokunun qalibi olub - VİDEO

Bakı. 26 fevral. REPORT.AZ/ "Mançester Yunayted" klubu finalda "Sautqempton"u 3-2 hesabı ilə məğlub edərək futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi olub.

"Report" xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən qarşılaşmanı 85 min azarkeş izləyib.

Oyun zamanı "manikunyanlar" 2:0 hesabı ilə irəlidə olublar, lakin "Sautqempton" matçda tarazlıq yarada bilib. Buna baxmayaraq "MY" sonda qələbəni rəqibdən qopara bilib.

Qalib komandanın heyətində Cessi Linqrad və Zlatan İbrahimoviç (dubl) fərqlənib. İsveçli futbolçu qələbə qolunu 87-ci dəqiqədə vurub. "Sautqempton"un hər iki qolunu Manolo Qabbyadini öz adına yazdırıb.

Son xəbərlər

Orphus sistemi