"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun finalına çıxıb - VİDEO

"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun finalına çıxıb - VİDEO "Qırmızı şeytanlar" "Hall Siti"ni mübarizədən kənarlaşdırıblar
Futbol
27 Yanvar , 2017 02:58
Mançester Yunayted İngiltərə Liqa Kubokunun finalına çıxıb - VİDEO

Bakı. 27 yanvar. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Liqa Kubokunun ikinci yarımfinal oyununda "Hall Siti"yə məğlub olub, lakin iki matçın cəminə görə finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, "Hall Siti"nin doğma meydanında keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Hall"ın qollarını Haddlstoun (35-ci dəqiqə, penaltidən) və Ömər Niass (85) vurub. "Mançester Yunayted"in heyətində Pol Poqba (66) fərqlənib.

İlk yarımfinal matçında Joze Mourinyonun komandası evdə 2:0 hesabı ilə qalib gəlib.

"Qırmızı şeytanlar" finalda yarımfinalda "Liverpul"dan üstün olan (evdə 1:0, səfərdə 1:0) "Sautqempton"la qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi