Bakı. 22 aprel. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun yarımfinalında "Tottenhem Hotspur" üzərində inamlı qələbə qazanıb.
“Report” xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"MY" bu qələbə sayəsində finala vəsiqə qazanıb. Komanda finalda "Çelsi" — "Sauthempton" cütünün qalibi ilə görüşəcək (22 aprel). Turnirin həlledici matçı mayın 19-a təyin edilib.
İngiltərə Kuboku. 1/2 final
"Mançester Yunayted" – "Tottenhem Hotspur"
Qollar: 0:1 – Alli – 11, 1:1 – Sançes – 24, 2:1 – Errera – 62