Yuxarı
    Bağlamaq

    "Mançester Yunayted Futbol Məktəbi"nə növbəti seçimin nəticələri elan edilib

    Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Mançester Yunayted Futbol Məktəbi"nə seçim prosesinin nəticələrini elan edib. Bu barədə “Report”a şirkətdən məlumat verilib.

    “Bayıl Arena” stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004-2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərdən müvəffəqiyyətlə keçən və "Mançester Yunayted Futbol Məktəbi"nə qəbul olunan uşaqların adları açıqlanıb.

    Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.

    Qeyd edək ki, seçimlər "Mançester Yunayted Futbol Məktəbi"ndən Azərbaycana ezam olunmuş məşqçi Mik Benet (Mick Benett), AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi