"Mançester Yunayted" azlıqda "Arsenal"ı məğlub edib - VİDEO

"Mançester Yunayted" azlıqda "Arsenal"ı məğlub edib - VİDEO Görüş "Qırmızı şeytanlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
3 Dekabr , 2017 00:12
Mançester Yunayted azlıqda Arsenalı məğlub edib - VİDEO

Bakı. 3 dekabr. REPORT.AZ/ "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 15-ci turunun mərkəzi görüşündə "Arsenal"ı məğlub edib.

“Report” xəbər verir ki, görüş Londonun "Emireyts — Eşberton Qrouv" stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 74-cü dəqiqəsində qonaq komandanın futbolçusu Pol Poqba qırmızı vərəqə görərək meydandan qovulub.

"MY" hazırda 35 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" lider "Mançester Siti"dən 5 xal geri qalırlar və "şəhərlilər"dən 1 matç artıq keçiriblər. "Arsenal" (28) turnirdə 5-ci yerdədir.

İngiltərə – Premyer Liqa. 15-ci tur

"Arsenal" – "Mançester Yunayted" - 1:3

Qollar: 0:1 – Valensiya – 4, 0:2 – Linqard – 11, 1:2 – Lyəkazett – 49, 1:3 – Linqard – 63

Son xəbərlər

Orphus sistemi