​"Mançester Siti" türk futbolçuya görə 20 milyon funt ödəyəcək

​"Mançester Siti" türk futbolçuya görə 20 milyon funt ödəyəcək Klub "Borussiya" ilə Gündoğanın transferinə dair razılığa gəlib
Futbol
2 İyun , 2016 02:02
​Mançester Siti türk futbolçuya görə 20 milyon funt ödəyəcək

Bakı. 2 iyun. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu yaxın vaxtlarda "Borussiya"nın (Dortmund, Almaniya) yarımmüdafiəçisi İlkay Gündoğanın komandaya keçidini elan edəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, klublar 25 yaşlı türk əsilli futbolçunun 20 milyon funt sterlinq müqabilində transferi barədə razılığa gəliblər.

Belə olan halda, Gündoğan yeni baş məşqçi Xosep Qvardiolanın dövründə "şəhərlilər"in ilk yeni futbolçusu olacaq.

Xatırladaq ki, Gündoğan dizində əməliyyat tələb edən zədə səbəbindən Fransada keçiriləcək Avropa çempiontı və İngiltərə Premyer Liqasınının yeni mövsümünün əvvəlini buraxmalı olacaq.

Son xəbərlər

Orphus sistemi