"Mançester Siti" ardıcıl iki oyunluq məğlubiyyətdən sonra qələbə qazanıb

Futbol
  • 30 dekabr, 2018
  • 20:51
Mançester Siti ardıcıl iki oyunluq məğlubiyyətdən sonra qələbə qazanıb

Bakı. 31 dekabr. REPORT.AZ/ "Mançester Siti" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda "Sauthempton" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Sauthempton şəhərinin "Sent-Meris" stadionunda keçən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti"yə qələbə gətirən qolları David SilvaSerxio Aquero vurub. Üçüncü top avtoqol kimi Ceyms Uord-Prausun adına yazılıb.

"Sauthempton"un yeganə qolunu Pyer-Emil Hyoybyerq vurub.

Bu, "şəhərlilər"in ardıcıl iki oyunluq məğlubiyyətdən sonra qazandıqları ilk qələbədir.

Son xəbərlər

Bütün Xəbər Lenti