"Mançester Siti" İngiltərə Kubokunun yarımfinalına çıxdı

"Mançester Siti" İngiltərə Kubokunun yarımfinalına çıxdı Nyukasl Yunayted İngiltərə Kubokunun 1/4 final matçında Mançester Sitiyə 0:2 hesabı ilə uduzub.
Futbol
29 İyun , 2020 00:09
Mançester Siti İngiltərə Kubokunun yarımfinalına çıxdı

"Nyukasl Yunayted" İngiltərə Kubokunun 1/4 final matçında "Mançester Siti"yə 0:2 hesabı ilə uduzub. 

“Report” xəbər verir ki, görüş Nyukaslda olub.

Qarşılaşmada hesab birinci hissədə açılıb - 37-ci dəqiqədə Kevin De Bryoyne 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, ilk qolun müəllifi olub.

İkinci hissənin ortalarında "şəhərlilər" Rahim Sterlinqin qolu sayəsində hesabdakı fərqi artırıblar.

"Mançester Siti" İngiltərə Kubokunun hazırkı sahibidir. “Şəhərlilər” ötən ilki turun finalında "Uotford"u 6:0 hesabı ilə darmadağın ediblər və altıncı dəfə mükafatı udublar.

Son xəbərlər

Orphus sistemi