"Mançester Siti" bu mövsüm ölkə çempionatında ilk məğlubiyyətinə uğrayıb

"Mançester Siti" bu mövsüm ölkə çempionatında ilk məğlubiyyətinə uğrayıb Bakı. 8 dekabr. REPORT.AZ/ Mançester Siti futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunda bu mövsüm ilk məğlubiyyətinə uğrayıb.
Futbol
8 Dekabr , 2018 23:49
Mançester Siti bu mövsüm ölkə çempionatında ilk məğlubiyyətinə uğrayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunda bu mövsüm ilk məğlubiyyətinə uğrayıb.

“Report” xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda "Çelsi"nin qonağı olan komanda qapısında iki top görüb.

Matçda hesab 45-ci dəqiqədə açılıb. Yarımmüdafiəçi N'Qolo Kante fərqlənib. Görüşün sonlarına yaxın isə müdafiəçi David Luis "Çelsi"nin ikinci qolunu vurub.

İngiltərə Premyer Liqası, 16-cı tur

"Çelsi" – "Mançester Siti" - 2:0

Qollar: 1:0 – Kante – 45, 2:0 – David Luis – 78

Bundan əvvəl Salah het-trik sayəsində "Liverpul"a böyükhesablı səfər qələbəsi qazandırıb.

Son xəbərlər

Orphus sistemi