Salahın het-triki "Liverpul"a böyükhesablı səfər qələbəsi qazandırıb

Salahın het-triki "Liverpul"a böyükhesablı səfər qələbəsi qazandırıb Bakı. 8 dekabr. REPORT.AZ/ Liverpul futbol üzrə İngiltərə çempionatının 16-cı turunda Bornmut üzərində qələbə qazanıb.
Futbol
8 Dekabr , 2018 18:58
Salahın het-triki Liverpula böyükhesablı səfər qələbəsi qazandırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ "Liverpul" futbol üzrə İngiltərə çempionatının 16-cı turunda "Bornmut" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Bornmut şəhərinin "Vitaliti" stadionunda keçirilən matç 4:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Oyunda hesab 25-ci dəqiqədə açılıb. "Liverpul"un forvardı Məhəmməd Salah fərqlənib. Misirli ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirib. Salah 77-ci dəqiqədə het-trik edib. Oyunda daha bir qol isə Stiv Kukun ayağına yazılıb. O, topu öz qapısına göndərib.

İngiltərə Premyer Liqası. 16-cı tur

"Bornmut" – "Liverpul" - 0:4

Qollar: 0:1 – Salah – 25, 0:2 – Salah – 48, 0:3 – Kuk – 68 (avtoqol), 0:4 – Salah – 77

Son xəbərlər

Orphus sistemi