"Mançester Siti" ardıcıl qələbə qazanmaq seriyasını 18 oyuna çatdırıb - VİDEO

"Mançester Siti" ardıcıl qələbə qazanmaq seriyasını 18 oyuna çatdırıb - VİDEO "Nyukasl" ilə keçirilən matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb
Futbol
28 Dekabr , 2017 03:58
Mançester Siti ardıcıl qələbə qazanmaq seriyasını 18 oyuna çatdırıb - VİDEO

Bakı. 28 dekabr. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci tur matçında "Nyukasl Yunayted"i məğlub edib.

“Report” xəbər verir ki, Nyukaslın "Sent-Ceyms Park — Sports Direkt Arena" stadionunda baş tutan görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Beləliklə "Mançester Siti" ölkə çempionatında ardıcıl 18-ci qələbəsini qazanıb və öz rekordunu yeniləyib.

"Şəhərlilər" cari turnirin 20 matçında 19 qələbə qazanıblar və yalnız 1 oyunda heç-heçə ediblər.

"Mançester Siti" 58 xal ilə İngiltərə çempionatını turnir cədvəlində birinci yerdə gedir.

İngiltərə Premyer Liqası, 20-cı tur

"Nyukasl Yunayted" –"Mançester Siti" 0:1

0:1 – Sterlinq – 31

Son xəbərlər

Orphus sistemi