Malta yığmasının baş məşqçisi: "Azərbaycanla oyunda yaxşı nəticəyə nail ola bilərik"

Malta yığmasının baş məşqçisi: "Azərbaycanla oyunda yaxşı nəticəyə nail ola bilərik" "Ölkəmizi daha yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik"
Futbol
24 Avqust , 2018 13:57
Malta yığmasının baş məşqçisi: Azərbaycanla oyunda yaxşı nəticəyə nail ola bilərik
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ "Millətlər Liqasının startını həqiqətən də səbirsizliklə gözləyirəm. İyunda Avstriyada keçirdiyimiz təlim-məşq toplanışı bizim üçün əla təcrübə oldu. Futbolçularımız nəinki Gürcüstan və Ermənistanla yoldaşlıq görüşlərində yaxşı çıxış etdilər, habelə, onlardan nə gözlədiyimizi daha yaxşı anladılar".

"Report" xəbər verir ki, bunu UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycanla eyni qrupda yer alan Malta yığmasının baş məşqçisi Rey Farruciya "Times of Malta"ya açıqlamasında deyib. 63 yaşlı mütəxəssis bildirib ki, Farer adaları və Azərbaycanla oyunlar üçün dəvət etdiyi futbolçular gənclik və təcrübənin vəhdətindən ibarətdir: "Komandamızın Maykl Mifsud, Andre Şembri, Endryu Koen və Roderik Briffa kimi təcrübəli üzvlərinin gəncləri öz qanadları altına alacaqlarını və onların inkişaflarına yardımçı olacaqlarını gözləyirəm. Belə yanaşma sayəsində milli komandanın gələcəkdə yaxşı səviyyəyə çatacağına təminat verə bilərik".

Farruciya Maltanın Millətlər Liqasına yaxşı başlayacağına əminliyini ifadə edib: "Hər zaman pozitiv insan olmuşam. Həqiqətən də inanıram ki, Farer adaları və Azərbaycanla oyunlarda yaxşı nəticələrə nail ola bilərik. Əsas məsələ odur ki, yığmamızın bütün üzvləri öz işlərinə peşəkar yanaşırlar və biz ən yaxşı nəticə hədəfinə nail olmaq üçün bir araya gəlmişik. Milli komanda mənim üçün həmişə hər şey olub. Ölkəmizi daha yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Malta Farer adları yığması ilə sentyabrın 7-də səfərdə, Azərbaycan millisi ilə sentyabrın 10-da öz meydanında üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi