Malta millisinin qapıçısı: "Azərbaycana qarşı matçda yaxşı oynaya biləcəyimizi göstərdik"

Malta millisinin qapıçısı: "Azərbaycana qarşı matçda yaxşı oynaya biləcəyimizi göstərdik" Bakı. 10 oktyabr. REPORT.AZ/ “Əgər intizamlı, kompakt olsaq və məşqçinin dediklərinə tam olaraq əməl etsək, qarşıdakı iki matçda yaxşı nəticə əldə edə bilərik”.
Futbol
10 Oktyabr , 2018 19:38
Malta millisinin qapıçısı: Azərbaycana qarşı matçda yaxşı oynaya biləcəyimizi göstərdik

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Əgər intizamlı, kompakt olsaq və məşqçinin dediklərinə tam olaraq əməl etsək, qarşıdakı iki matçda yaxşı nəticə əldə edə bilərik”.

“Report” xəbər verir ki, bunu Malta yığmasının qapıçısı Endryu Hoqq UEFA Millətlər Liqasının III turunda Kosovo millisi ilə səfərdə keçirəcəkləri oyundan əvvəl deyib.

33 yaşlı qolkiper Kosovo millisini qrupun ən güclüsü adlandırıb: “Düşünürəm ki, Kosovo bu qrupun ən güclü komandasıdır. Lakin biz onlardan çəkinərək oynamayacağıq. Meydana çıxıb sona qədər mübarizə aparacağıq. Bizi çətin oyunun gözlədiyini bilirik”.

Təcrübəli qolkiper Azərbaycan yığması ilə səfərdə keçirəcəkləri oyun haqqında da fikirlərini bölüşüb: “Azərbaycan millisinə qarşı evdə əldə etdiyimiz xal bizə iki çətin səfər matçı öncəsi motivasiya verdi. Düşünürəm ki, hər iki görüşdə meydanda öz oyunumuzu göstərməliyik. Azərbaycana qarşı matçda yaxşı oynaya biləcəyimizi və topla da rahat davrandığımızı göstərdik”.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi