Yuxarı
    Bağlamaq

    ​Malta-Azərbaycan matçının hakimləri açıqlanıb

    Oyun avstriyalı hakimlərə həvalə olunub

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Malta və Azərbaycanın futbol üzrə milli komandaları arasında sentyabrın 6-da keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, oyun Avstriyadan olan hakimlərə həvalə olunub.

    Qarşılaşmanın baş hakimi Harald Nexler olacaq. Ona Maksimilian Kolbitş, Andreas Staudinger yan xətt, Aleksander Harkam və Yuliyan Vaynberger əlavə köməkçi hakimlər qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andreas Haydenrayx yerinə yetirəcək.

    Görüşün UEFA nümayəndəsi portuqaliyalı Alvaro Albino, hakim-inspektor finlandiyalı Juni Hüütya olacaq. Hakimlər arasında əlaqələndirici isə maltalı referi Kann Trustin Farruqyadır.

    Qeyd edək ki, Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Malta-Azərbaycan qarşılaşması Bakı vaxı ilə saat 21:00-da start götürəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi