İsveç "Malmö"sünün azarkeşləri klubun sabiq futbolçusu Zlatan İbrahimoviçin heykəlini yandırıblar.
"Report"un məlumatına görə, belə hərəkət 38 yaşlı hücumçunun ölkənin digər təmsilçisi "Hammarbü"nün sahiblərindən birinə çevrilməsi ilə əlaqələndirilir.
İbrahimoviç "Malmö"nün yetirməsidir. Məşhur hücumçu bu komandada 1999-2001-ci illərdə çıxış edib. O, 47 oyuna 18 qol vurub.