​İtaliya futbolunda növbəti qalmaqal baş verib

​İtaliya futbolunda növbəti qalmaqal baş verib Maliyyə polisi 35 komanda və 17 futbolçu barədə araşdırmalara başlayıb
Futbol
27 Yanvar , 2016 10:08
​İtaliya futbolunda növbəti qalmaqal baş verib

Bakı. 27 yanvar. REPORT.AZ/ İtaliyanın maliyyə polisi A və B seriyalarında mübarizə aparan komandalarla futbolçular barəsində istintaq başladıb. "Report"un məlumatına görə, istintaq vergidən yayınma və sənədlərin saxtalaşdırılması ilə bağlıdır.

İtaliya dilində "oyundankənar vəziyyət" mənasını verən "Fuorigioco" adlı əməliyyatının 35 komanda, rəhbər və futbolçu olmaqla, ümumilikdə 64 nəfəri əhatə etdiyi bildirilir. Şübhəlilər arasında "Milan"ın I vitse-prezidenti Adriano Qalliani, "Napoli"nin prezidenti Aurelio De Laurentis, "Latsio"nun prezidenti Klaudio Lotito, "Yuventus"un sabiq prezidenti Jan-Klod Blan, hazırda Fransanın PSJ klubunda çıxış edən Esekyel Lavessi, 2012-ci ildə futbolçu karyerasını başa vurmuş argentinalı Ernan Krespo, bir sıra futbolçu və digər rəhbər şəxslər var. Ümumilikdə istintaqda 17 futbolçunun adı hallanır.

İstintaqın təməlinin 2012-ci ildə "Napoli"dən PSJ-yə keçən Lavessi ilə imzalanmış müqavilənin olduğu və yayındırılan ümumi verginin 12 milyon avro təşkil etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi