Yuxarı

Malayziya yığmasının baş məşqçisi 0:10 hesablı məğlubiyyətdən sonra istefa verib - VİDEO

Dollah Salleh oyun zamanı 3 qapıçını meydana buraxıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Futbol üzrə Malayziya milli komandasının baş məşqçisi Dollah Salleh istefa verib. "Report"un məlumatına görə, 51 yaşlı mütəxəssis bu addımı DÇ-2018-in seçmə mərhələsində BƏƏ-yə 0:10 hesablı məğlubiyyətlə bitən qarşılaşmadan sonra atıb.

Salleh bildirib ki, onun yerində kim olsaydı, belə məğlubiyyəti qəbul edə bilməzdi: "0:10 hesabı ilə uduzmağı kim qəbul edərdi. Bax, mən qəbul etmirəm. Bu, Malayziya tarixində ən pis məğlubiyyətdir".

Baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, Onq Kim Sviyə tapşırılıb. Lakin yerli mətbuat komandaya yaxın vaxtlarda əcnəbinin rəhbərlik edə biləcəyini yazıb.

Seçmə mərhələdə A qrupunun ilk 3 turundan sonra Malayziyanın hesabında 1 heç-heçə, 2 məğlubiyyət var. Top fərqi 1:17 nisbətindədir.

Qeyd edək ki, BƏƏ ilə oyunda Malayziya millisi 3 qapıçıdan yararlanıb. Onlardan birincisi Hayrul bin Çe Mat 4 qol buraxdıqdan sonra - 28-ci dəqiqədə əvəzlənib. Onu əvəzləyən Selamatın qapısına 3 top daxil olub. Nəhayət, 62-ci dəqiqədə qapıya Hayrul Ajan Xalid keçib və o da 3 top buraxıb. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi