Maksim Medvedev: "Malta ilə görüş Farer adaları üzərində qələbədən də önəmlidir"

Maksim Medvedev: "Malta ilə görüş Farer adaları üzərində qələbədən də önəmlidir" Bakı. 13 oktyabr. REPORT.AZ/ Ağır səfərdən qayıtmışıq. Səfərdə vacib qələbə qazanmışıq. Malta ilə görüş bundan da önəmlidir. Komandada əhval-ruhiyyə yaxşıdır”.
Futbol
13 Oktyabr , 2018 19:49
Maksim Medvedev: Malta ilə görüş Farer adaları üzərində qələbədən də önəmlidir

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Ağır səfərdən qayıtmışıq. Səfərdə vacib qələbə qazanmışıq. Malta ilə görüş bundan da önəmlidir. Komandada əhval-ruhiyyə yaxşıdır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə oyundan əvvəl deyib.

Təcrübəli müdafiəçi Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:

"İstərdik ki, azarkeşlərin sayı çox olsun. Son qələbədən sonra daha çox adamın gələcəyini düşünürəm. Onları qələbə ilə sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi