Medvedev 300-cü oyununu keçirib, Dabo 40-cı qolunu vurub

Medvedev 300-cü oyununu keçirib, Dabo 40-cı qolunu vurub Azərbaycan Premyer Liqasının XVIII turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub.
Futbol
24 Fevral , 2020 10:48
Medvedev 300-cü oyununu keçirib, Dabo 40-cı qolunu vurub

Azərbaycan Premyer Liqasının XVIII turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib. Bu, “Sumqayıt” üzərində 1:0 hesablı qələbənin qazanıldığı ev oyununa təsadüf edib. Medvedevin debütü 2006/2007 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümünü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib və hesabında 10 qol var.

“Səbail”in futbolçusu Şəhriyar Rəhimov isə Azərbaycan çempionatlarında 250-ci oyununa çıxıb. Yubiley Premyer Liqanın XVIII turunun “Sabah”la qolsuz heç-heçənin baş verdiyi səfər matçına təsadüf edib. 2007/2008 mövsümündə “İnter” (indiki “Keşlə”) komandasının heyətində debüt edən Rəhimov sonradan daha 5 klubun formasını geyinib. O, Bakıda AZAL, “Rəvan” və “Sabah”, paytaxtdan kənarda “Karvan” və “Kəpəz”in formasını geyinib. Oyunçunun hesabında 14 qol var.

“Neftçi”nin futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub. Fransalı hücumçu yubiley qoluna XVIII turda “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə yendikləri görüşdə imza atıb. Ölkə çempionatında 2016/2017 mövsümündə debüt etmiş forvard 40-cı qolunu 82-ci matçında vurub. İki mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən forvard sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.

Dabo Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 58-ci oyunçudur. O, bombardirlər siyahısında Fernando Peres, Junivan Suares, Mehman Allahverdiyev, Samir. A. Məmmədov ilə 54 - 58-ci yerləri bölüşür.

Fransalı oyunçu “Neftçi”nin tarixində Premyer Liqada 20 və daha çox qol vuran 20-ci futbolçudur. Dabo bu göstəricidə Leonid Kalfaya çatıb.

Son xəbərlər

Orphus sistemi