Yuxarı

​Makedoniya klubunun baş məşqçisi: "Neftçi" ilə görüşdə ehtiyatlı olmalıyıq"

Rəqibimizin tarixindən və necə komanda olmasından xəbərdarıq, amma heç kim nəticənin necə olacağını əvvəldən deyə bilməz

Skopye. 20 iyul. REPORT.AZ/ "İlk görüşdəki heç-heçəni qənaətbəxş sayıram. Mərhələ şansımız var. Bundan yararlanmalıyıq".

"Report"un Skopyeyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç "Neftçi" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, "Neftçi"nin tarixindən və necə komanda olmasından xəbərdardırlar, amma heç kim nəticənin necə olacağını əvvəldən deyə bilməz.

B.Akrapoviç təzyiq hiss etmədən öz oyunlarını sərgiləməyə və ələ düşən imkanlardan yararlanmağa çalışacağını vurğulayıb: "Oyuna yaxşı hazırlaşmışıq. Hər cür nəticə ola bilər. Ona görə də ehtiyatlı olmalıyıq. Penaltilər seriyası bizim C planımızdır. Növbəti rəqib haqda hələ düşünmürük. Düzdür, mərhələ keçsək, hazırlıq üçün vaxtımız az olacaq. Amma rəqibi analiz etməyə kifayət qədər imkanımız olacaq".

49 yaşlı mütəxəssis heyətdə dəyişiklik etməyə, oyuna dominantlıq edəcəkləri halda onun axarını dəyişmələrinə ehtiyac duymadıqlarını bildirib: "İlk oyunda mərkəzdən daha çox hücuma keçirdik. Cinahlardan da yararlanırdıq, amma qol vura bilmirdik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi