Yuxarı

​Mahmud Qurbanov Azərbaycan millisinin oyunundan razı qalıb

Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidir”

Bakı. 17 noyabr. REPORT.AZ/ “Oyundan və futbolçuların mübarizəsindən razı qaldım. Oyunçular istəkli idilər".

"Report" AFFA-ya istinadən xəbər verir ki, bu sözləri Avro-2016-nın seçmə mərhələsində Azərbaycan və Norveç milliləri arasında baş tutan oyundan sonra keçirilmiş mətbuat konfransında yığmanın baş məşqçisi Mahmud Qurbanov deyib.

Onun sözlərinə görə, futbolçular qol vurmağa istəkli olsalar da, rəqib komandanın müdafiəsi buna imkan verməyib:

“Oyundan və futbolçuların mübarizəsindən razı qaldım. Norveç yığması müdafiədə səhvsiz oynadı. Çox qapalı mübarizə apardılar. Düzdür, nəticə yaxşı olmadı. Bir xal qazanmaq istəyirdik. Lakin rəqibin arxa xətdəki oyunu buna imkan vermədi. Bir sözlə, komandamdan razı qaldım. Oyunçular istəkli idilər. Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi