Yuxarı
    Bağlamaq

    Mahir Şükürov: "Xal qazanmasaq da, yaxşı oynadıq"

    Daha çox cərimə və künc zərbələri zamanı səhvlərə yol verdik

    Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov AVRO-2016-nın seçmə qrup matçında Norveç yığmasına 0:1 hesablı məğlubiyyəti şərh edib. "Report"un məlumatına görə, təcrübəli müdafiəçi oyunun maraqlı alındığını bildirib. 

    Onun fikrincə, millimiz xal ala bilməsə də, özünü yaxşı tərəfdən göstərib. Şükürov müvəqqəti baş məşqçi Mahmud Qurbanov məğlubiyyətdə günahkar olmadığını da vurğulayıb: "İndi növbəti matçlarda xal qazanmağa çalışacağıq. Ümumiyyətlə, bu gün biz daha çox cərimə və künc zərbələri zamanı səhvlərə yol verdik. Bu, rəqibin güclü, bizim zəif tərəfimizdir. Belə boşluqları buraxmamaq üçün bu amil üzərində işləməliyik.  Baş məşqçinin heç bir günahı yoxdur. Azarkeşlərimizə dəstək üçün minnətdaram". 

    Qeyd edək ki, Azərbaycan millisi bu ilki seçmə tsikldə keçirdiyi 4 oyunun hamısını məğlubiyyətlə başa vurub. Daha öncə yığmamız Bolqarıstan və İtaliyaya 1:2, Xorvatiyaya 0:6 hesabı ilə uduzub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi