Yunanıstan çempionu "Qarabağ"ın futbolçusu ilə maraqlanır

Yunanıstan çempionu "Qarabağ"ın futbolçusu ilə maraqlanır Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının və Qarabağın futbolçusu Mahir Mədətov Yunanıstanın AEK Klubunun maraq dairəsinə düşüb.
Futbol
7 Mart , 2019 10:16
Yunanıstan çempionu Qarabağın futbolçusu ilə maraqlanır

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Mahir Mədətov Yunanıstanın AEK Klubunun maraq dairəsinə düşüb.

"Report"un yerli "Sport Time" nəşrinə istinadən verdiyi məlumata görə, "sarı-qaralar" 22 yaşlı hücumçu ilə qış transfer dövrünün sonlarında danışıqlar aparıblar. Danışıqlar müsbət məcrada davam etsə də, Afina təmsilçisi məsələni yayadək təxirə salmağı qərara alıb. Lakin Mədətov yenə Yunanıstan çempionlarının diqqətindədir. AEK-in gənc forvardı yayda sıralarına qatacağı istisna olunmur.

Qeyd edək ki, Mahir Mədətov bu mövsüm ümumilikdə 34 oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, Avropa Liqasının qrup mərhələsindəki bütün görüşlərdə meydana çıxıb. Mədətov Azərbaycan millisində isə 12 oyuna 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi