Bakı. 20 iyun. REPORT.AZ/ Amerikalı müğənni Madonna Nyu-Yorkdan Portuqaliyaya köçməyi planlaşdırır.
“Report”un “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, səbəb onun oğulluğa götürdüyü 12 yaşlı David Bandanın “Benfika” futbol klubunun aşağı yaş qrupu üzrə komandasında çıxış etmək istəməsidir.
58 yaşlı müğənni artıq Lissabon yaxınlığında dəyəri 5 milyon funt-sterlinq olan villa da alıb.
Qeyd edək ki, David Banda əslən Malavidəndir. Madonna onu 2006-cı ildə oğulluğa götürüb.