Macarıstan yığmasının daha iki futbolçusu Azərbaycanla oyunun heyətindən çıxarılıb

Macarıstan yığmasının daha iki futbolçusu Azərbaycanla oyunun heyətindən çıxarılıb Macarıstan yığmasının daha iki futbolçusu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya milliləri ilə oyunlar üçün elan edilən heyətdən çıxarılıb.
Futbol
7 Oktyabr , 2019 13:36
Macarıstan yığmasının daha iki futbolçusu Azərbaycanla oyunun heyətindən çıxarılıb

Macarıstan yığmasının daha iki futbolçusu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya milliləri ilə oyunlar üçün elan edilən heyətdən çıxarılıb.

“Report” Macarıstan Futbol Federasiyasının rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, müdafiəçi Beşe Barnabaş (“Havr”, Fransa) və Mate Patkai (hər ikisi “Fehervar”) zədə üzündən komandaya kömək edə bilməyəcəklər. Barnabaşın yerinə Endre Botka (“Ferentsvaroş”) komandaya cəlb olunub.

Bunadək müdafiəçi Kristian Tamaş (“Zalegerseq”) və Dominik Soboslai (“Zaltsburq”, Avstriya) zədəyə görə heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi