Luis Enrike: "Günahkar axtarırsınızsa, o mənəm"

Luis Enrike: "Günahkar axtarırsınızsa, o mənəm" "Biz Messinin topa daha tez-tez qovuşması üçün 4-3-3 sxemini 4-2-3-1-ə dəyişdik"
Futbol
15 Fevral , 2017 04:55
Luis Enrike: Günahkar axtarırsınızsa, o mənəm

Bakı. 15 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə keçirilən ilk oyunda darmadağın edilməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, görüş Parisin "Park de Prens" stadionunda keçirilib və 4:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Bu, bizim üçün ağır gecə idi. PSJ bütün komponentlərdə bizdən üstün idi, həm topla, həm də topsuz. Yekun nəticə meydanda baş verənləri tam olaraq əks etdirir.

Nəticəyə görə məsuliyyət mənim üzərimə düşür. Əgər siz günahkar axtarırsınızsa, bu, oyunçular deyil, mənəm. Axı onlar həmin futbolçulardırlar ki, digər günlərdə qələbə qazanırlar. Biz Messinin topla daha tez-tez qovuşması üçün 4-3-3 sçemini 4-2-3-1-ə dəyişdik, lakin yekunda hər şey indiki kimi alındı.

PSJ bizi məxsusi olaraq təəccübləndirmədi. Onların Di Mariya kimi keyfiyyətli oyunçuları var", - deyə "Marca" qəzeti baş məşqçinin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi