Hollandiyada ilin məşqçisi, komandası və idmançısı mükafatlandırılıb

Hollandiyada ilin məşqçisi, komandası və idmançısı mükafatlandırılıb Aryen Robben ilin idmançısı, Lui van Qaal isə ilin baş məşqçisi adına layiq görülüb
Futbol
17 Dekabr , 2014 15:35
Hollandiyada ilin məşqçisi, komandası və idmançısı mükafatlandırılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Hollandiya Futbol Federasiyası və Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi tədbirdə ölkənin ən yaxşı idmançıları və komandası mükafatlandırılıb. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Aryen Robben ilin idmançısı, İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Lui van Qaal isə ilin baş məşqçisi adına layiq görülüb.

Van Qaal artıq bir dəfə bu ada sahib çıxıb. O, 2009-cu ildə ölkəsində ilin baş məşqçisi sayılıb. Mükafatlandırma mərasimində İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Robin van Persi də iştirak edib. Van Persi "ilin komandası" adı verilən Hollandiya yığması adından mükafatı qəbul edib. A.Robben isə Almaniya Bundesliqasında "Bavariya"nın oyunu olduğu üçün mərasimdə iştirak etməyib. Onun mükafatı futbolçunun atasına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi