"Ludoqorets" hücumçusunu Azərbaycan klubuna satmaqdan imtina edib

"Ludoqorets" hücumçusunu Azərbaycan klubuna satmaqdan imtina edib Rəhbərlik braziliyalı futbolçunu komandada qalmağa son anda razı sala bilib
Futbol
30 Yanvar , 2017 09:45
Ludoqorets hücumçusunu Azərbaycan klubuna satmaqdan imtina edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bolqarıstanın "Ludoqorets" klubu futbolçusu Junior Kişadanı Azərbaycanın aparıcı klublarından birinə satmaqdan imtina edib.

"Report"un "Meridian Maç"a istinadən verdiyi məlumata görə, adı açıqlanmayan klubun təklifi braziliyalı hücumçu üçün qaneedici olub. Lakin "Ludoqorets" rəhbərliyi Kişadanı komandada qalmağa son anda razı sala bilib.

Baş məşqçi Georgi Dermenciyev gərgin oyun qrafikini nəzərə alaraq, hər mövqedə iki oyunçunun olmasını istəyib. Belədə Kişadanın ehtiyatda qalmamasına da çarə tapılıb. 32 yaşlı forvard daha mərkəz hücumçusu kimi yox, hücumçunun arxasında oynayacaq.

Qeyd edək ki, Junior Kişada "Ludoqorets"də indiyədək 114 oyuna 30 qol vurub. Onun klubla müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. "Ludoqorets" Çempionlar Liqasında yer aldığı qrupu 3-cü pillədə başa vuraraq, Avropa Liqasının 1/16 finalına yüksəlib. Razqrad komandasının rəqibi Danimarka "Kopenhagen"i olacaq. 

Son xəbərlər

Orphus sistemi