"Lokomotiv" "Nitsa"nı məğlub edərək Avroliqanın 1/8 finalına çıxıb - VİDEO

"Lokomotiv" "Nitsa"nı məğlub edərək Avroliqanın 1/8 finalına çıxıb - VİDEO Görüş 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb
Futbol
22 Fevral , 2018 23:33
Lokomotiv Nitsanı məğlub edərək Avroliqanın 1/8 finalına çıxıb - VİDEO

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubu Moskvada Fransa "Nitsa"sını məğlub edərək futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

“Report” xəbər verir ki, "RJD Arena" stadionunda keçirilən matçda yeganə qolu 32-ci dəqiqədə yarımmüdafiəçi İqor Denisov vurub.

Komandaların bir həftə əvvəl Fransada keçirilən ilk qarşılaşması da Rusiya klubunun qələbəsi ilə başa çatmışdı - 3:2.

Beləliklə, Rusiya komandası Avropa Liqasında mərhələ adlayan tərəf olub.

Avropa Liqası. 1/16 final. Cavab qarşılaşması

"Lokomotiv M" – "Nitsa" - 1:0

Son xəbərlər

Orphus sistemi