“Liverpul”un sabiq kapitanı "Mançester Yunayted" azarkeşinin qızına tüpürüb - VİDEO

“Liverpul”un sabiq kapitanı "Mançester Yunayted" azarkeşinin qızına tüpürüb - VİDEO Hadisə iki komanda arasındakı oyundan sonra baş verib
Futbol
12 Mart , 2018 11:17
“Liverpul”un sabiq kapitanı Mançester Yunayted azarkeşinin qızına tüpürüb - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karrager “Mançester Yunayted” komandasının azarkeşi və onun 14 yaşlı qızının üzərinə tüpürüb.

“Report” “Daily Mirror”a istinadən xəbər verir ki, xoşagəlməz olay mersisaydlıların Premyer Liqanın XXX turu çərçivəsində “qırmızı-şeytanlar”a “Old Trafford”da 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş verib.

“Mançester Yunayted”in kişi azarkeşi yolda Karragerin avtomobilini görüb və öz maşınını onun yanına sürərək, pəncərəni endirməsini xahiş edib. Bu zaman fanat “Sky Sports”da ekspert kimi çalışan veteran futbolçuya bir neçə dəfə “Liverpul”un uduzduğunu xatırladıb. Nəticədə özündən çıxan Karrager onun avtomobilinə tərəf tüpürüb. Həmin vaxt azarkeşin yanında 14 yaşlı qızı da olub.

Bildirilir ki, "Liverpul"un sabiq kapitanı daha sonra qıza və atasına zəng vuraraq üzr istəyib. “Sky Sports” rəhbərliyi isə veteranın davranışını “yolverilməz” adlandırıb.

Son xəbərlər

Orphus sistemi