"Liverpul"un qapıçısının alnı yarılıb

"Liverpul"un qapıçısının alnı yarılıb İngiltərənin Liverpul klubunun qadınlardan ibarət komandasının qapıçısı Frensis Kitçinq ciddi zədə alıb.
Futbol
21 Yanvar , 2020 14:47
Liverpulun qapıçısının alnı yarılıb

İngiltərənin "Liverpul" klubunun qadınlardan ibarət komandasının qapıçısı Frensis Kitçinq ciddi zədə alıb.

"Report"un məlumatına görə, 22 yaşlı qolkiperin məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində alnı yarılıb.

Həkimlər dərhal ingilis qapıçının alnına 10-dan çox tikiş qoyublar. Kitçinq qısa müddətdə vaxt taparaq həm tikişdən öncə, həm də sonra şəkillər çəkdirərək öz şəxsi "İnstagram" səhifəsində paylaşıb.

"Bu hadisə çərşənbə axşamı bir məşqdə baş verib. Ona görə də, mən komandanın oyununda iştirak etmədim. Bu qapıçı kimi aldığım ən pis zədədir. İndi şişkinlik yatıb və ağrı azalıb. Nəhayət özümü yaxşı hiss etdiyimi deyə bilərəm və yenidən məşqlərə qayıtmağa hazıram" - deyə qapıçı "İnstagram" səhifəsində yazıb.

Qeyd edək ki, Frensis Kitçinq eyni zamanda İngiltərənin 20 yaşlılardan ibarət yığmasının üzvüdür. 

Son xəbərlər

Orphus sistemi