Yuxarı

“Liverpul”un hücumçusu Çempionlar Liqasında həftənin oyunçusu seçilib

“Liverpul”un hücumçusu Çempionlar Liqasında həftənin oyunçusu seçilib
O, səslərin 51 faizini qazanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin oyunçusu adına İngiltərə “Liverpul”unun forvardı Sadio Mane layiq görülüb. O, qurumun rəsmi saytı tərəfindən aparılan səsvermədə səslərin 51 faizini qazanıb.

Azarkeşlərin 31 faizinin seçimi İtaliyanın “Roma” klubunun forvardı Edin Ceko olub. “Yuventus”un hücumçusu Mario Mancukiç isə 16 faiz səslə 3-cü yeri tutub.

Qeyd edək ki, yarımfinalda İspaniya “Real Madrid”i Almaniya “Bavariya”sı ilə qarşılaşacaq. “Liverpul” isə “Roma”ya rəqib olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi