"Liverpul" Renat Dadaşovun komanda yoldaşı ilə maraqlanır

"Liverpul" Renat Dadaşovun komanda yoldaşı ilə maraqlanır İngiltərə Liverpulu Vulverhemptonun futbolçusu Adama Traorenin transferində maraqlıdır.
Futbol
24 May , 2020 08:36
Liverpul Renat Dadaşovun komanda yoldaşı ilə maraqlanır

İngiltərə "Liverpul"u "Vulverhempton"un futbolçusu Adama Traorenin transferində maraqlıdır.

"Report"un "The Sun"a istinadən məlumatına görə, bu keçidin gerçəkləşməsini "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp istəyib. Traorenin 67 milyon qiyməti olsa da, "Vulverhempton" daha çox pul qazanmaq niyyətindədir.

Mali əsilli ispaniyalı hücumçunu almağa "Mançester Yunayted" və "Mançester Siti" də iddialıdır.

Qeyd edək ki, daha əvvəl UEFA "böyük beşlik" ölkələrinin çempionatlarında, həmçinin öz bayrağı altında keçirilən yarışlarda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısını açıqlayıb. Siyahıda Adama Traore də yer alıb. Traore Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komanda yoldaşıdır.

Son xəbərlər

Orphus sistemi