"Liverpul" öz meydanında "Mançester Siti"ni məğlub edə bilməyib

"Liverpul" öz meydanında "Mançester Siti"ni məğlub edə bilməyib Bakı. 8 oktyabr. REPORT.AZ/ Liverpul futbol üzrə İngiltərə Premyer Liqasının 8-ci turunun həlledici matçında Mançester Sitiyə qalib gələ bilməyib.
Futbol
8 Oktyabr , 2018 00:48
Liverpul öz meydanında Mançester Sitini məğlub edə bilməyib

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Liverpul" futbol üzrə İngiltərə Premyer Liqasının 8-ci turunun həlledici matçında "Mançester Siti"yə qalib gələ bilməyib.

“Report” xəbər verir ki, Liverpulun "Enfild" stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunun 86-cı dəqiqəsində "şəhərlilər"in qol vurmaq şansı olsa da, forvard Riyad Marez penaltini boşa verib.

Bu qarşılaşmadan sonra xallarının sayını 20-yə çatdıran "Mançester Siti" turnir cədvəlində liderlik edir, "Çelsi" (20) ikinci, "Liverpul" isə (20) üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi