"Liverpul" Braziliya millisinin qapıçısını transfer etmək üçün klubu ilə razılıq əldə edib

"Liverpul" Braziliya millisinin qapıçısını transfer etmək üçün klubu ilə razılıq əldə edib Bakı. 18 iyul. REPORT.AZ/ İngiltərənin Liverpul klubu İtaliyanın Roma komandasının qapıçısı Alison Bekeri heyətinə qatır.
Futbol
18 İyul , 2018 15:20
Liverpul Braziliya millisinin qapıçısını transfer etmək üçün klubu ilə razılıq əldə edib
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu İtaliyanın "Roma" komandasının qapıçısı Alison Bekeri heyətinə qatır. 

"Report" "Liverpoolecho" nəşrinə istinadən xəbər verir ki, tərəflər bu transfer barədə razılığa gəliblər.

İngiltərə təmsilçisi 26 yaşlı braziliyalı qolkiper üçün 66.8 milyon funt sterlinq (təxminən, 75 milyon avro) ödəyəcək. Braziliya millisinin üzvü hazırda "Liverpul"la müqavilənin şərtlərini razılaşdırmaq üçün danışıqlar aparır. 

Qeyd edək ki,  Alison Beker 2016-cı ildən "Roma"da çıxış edir. O, Rusiyada keçirilən dünya çempionatında 5 oyunda 3 qol buraxıb. 

Son xəbərlər

Orphus sistemi